Türk Dövlətləri Atletika Dərnəyinin yaradılması qərar alınıb
İstanbulda Türk Dövlətləri Atletika Dərnəyinin yaradılması ilə bağlı ilk iclas keçirilib.
Mediasport.az xəbər verir ki, iclasda qardaş ölkədən başqa, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası müşahidəçi qismində iştirak edib.
Türk Dövlətlərinin Atletika Dərnəyinin yaradılması ilə bağlı ikinci toplantı 2024-cü ildə keçiriləcək. Həmin iclasa digər türkdilli dövlətlər də qatılacaqlar.
Dərnəyin yaradılması ilə atletika ruhuna uyğun olaraq, Türk Dövlətləri Atletika Çempionatının təşkili, gənclərin sağlam və fiziki hazırlığının yaxşılaşdırılması, idman və mədəni fəaliyyətlərin təşviqi nəzərdə tutulur.
Məqsəd, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin dərinləşdirilməsi, təcrübə mübadiləsinin, həmçinin bölgədə idman sahəsində maarifləndirmə işlərinin aparılmasıdır.