"Qarşımıza çempionluq məqsədi qoymuşuq" - "Abşeron"un kapitanı
"Abşeron"un voleybolçusu Ülkər Kərimova Yüksək Liqanın 20-ci turunun "Azərreyl"lə matçından sonra (3:1) danışıb.
Mediasport.az xəbər verir ki, kapitan komandanı təbrik edib və pley-off mərhələsini dəyərləndirib:
"Mövsümün ilkin mərhələsinin son oyununda "Azərreyl"lə qarşılaşdıq və güclü rəqibə qalib gəldik. İlkin vəzifənin öhdəsindən gəldik. Pley-offda "Murov Az Terminal"la qarşılaşacağıq. İnanıram ki, bu gün göstərdiyimiz oyunu güclü rəqiblə görüşdə də davam etdirəcəyik. Mövsümün əvvəlində qarşımıza çempionluq məqsədi qoymuşuq. Komandaya inanıram. Hədəfimizə çatacağımıza ümid edirəm".
Xatırladaq ki, "Abşeron" son turda lider "Azərreyl"ə qalib gəlib və ilkin mərhələni 2-ci pillədə başa vurub.