"Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir" - RİÇARD ALMEYDA
"İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik".
mediasport.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda deyib.
Braziliyalı yarımmüdafiəçi Fransada "Nant"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu haqda fikirlərini bölüşüb.
Millimizin üzvü rəqibin heyətində yaxşı futbolçuların olduğunu bildirib: "Buna rəğmən, biz öz oyunumuza fokuslanmışıq. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir. Yaxşı nəticə qaznaacağımıza ümid edirəm".