Milli komandamızın oyunlarına hakim təyinatları açıqlanıb
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Millətlər Liqasında keçirəcəyi oyunların təyinatları açıqlanıb.
Mediasport.az xəbər verir ki, dekabrın 1-də Kiprlə qarşılaşacaq seçməmizin duelini Belçikadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qrupda 10 xalla lider olan Siyasət Əsgərovun komandası dekabrın 5-də isə Bakıda Farer adaları futbolçularını qəbul edəcək və görüş İsveçdən olan hakimlərə tapşırılıb.
Qeyd edək ki, yığmamız tarixində ilk dəfə qrupdan çıxmaq imkanı əldə edib.
UEFA Millətlər Liqası. C Liqası. Qrup mərhələsi
Kipr – Azərbaycan
Baş hakim: Karolina Lanssens
Baş hakimin köməkçiləri: İrmqard Van Meirvenne, Marqo Yakobs
Dördüncü hakim: Yana Van Laere
1 dekabr. Limassol. Limassol stadion. Saat 21:00
Azərbaycan – Farer adaları
Baş hakim: Loviza Yohansson
Baş hakimin köməkçiləri: Kamilla Stendal, Cilan Taher
Dördüncü hakim: Maral Mirzai Beni
5 dekabr. “Dalğa Arena”. Saat 19:00