"Sankt-Polten" ciddi və təcrübəli rəqibdir" - "Neftçi"nin çalışdırıcısı
"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Çempionlar Liqasının püşkatması barədə klubun rəsmi televiziyasına açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, Avstriya təmsilçisi "Sankt Pölten"in Çempionlar Liqasının qrup mərhələsinə qədər irəlilədiyini də xatırladıb:
"Düşünürəm ki, “Sankt-Polten” çox ciddi və təcrübəli rəqibdir. Ümid edirəm ki, həmin matçlara qədər tam hazır olacağıq. Rəqib güclüdür. Amma futbolda hər şey ola bilər. "Sankt Polten"i təhlil edəcəyik".
Əsgərov hazırlıq planları haqda da fikirlərini bölüşüb:
"Növbəti həftədən məşqlər bərpa olunacaq. Komandadan gedənlər də var. Amma yeni transferlər də gerçəkləşdirəcəyik. Ölkə daxilindən və xaricindən oyunçularla danışıqlar gedir. Yaxın günlərdə bu barədə məlumat veriləcək".
2-ci qrupda "Vlajniya" (Albaniya) və "Lançxuti" (Gürcüstan) komandaları da yer alıblar. "Ağ-qaralar" ilk matçını "Sankt-Polten"ə qarşı keçirəcək. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.