Milli komandamız AÇ-də böyükhesablı qələbə qazansa da...

Milli komandamız AÇ-də böyükhesablı qələbə qazansa da...

Qadınlardan ibarət U-17 Azərbaycan milliisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B liqasının 2-ci qrupunda son oyununu keçirib.

Mediasport.az xəbər verir ki, ilk iki matçda məğlub olan yığmamız Moldova seçməsinə böyük hesabla qalib gəlib - 4:1.

Komandamızın qollarını Ayşən Salamzadə, Arzu Cəfərova, Vahidə Əlipaşayeva və Xanım Əsədova vurublar.

Qələbəyə baxmayaraq, yığmamız qrupu 3 xalla 3-cü pillədə başa vurub.

Futbolçularımız daha əvvəl Bolqarıstan (1:6) və Sloveniyaya (0:4) uduzub.