"Sumqayıt"lının Kiprdə müzakirəsi: "O, gözləntiləri qarşılaya bilmədi"
Kiprdə yay transfer pəncərəsində "Anortosis"dən ayrılan futbolçuların karyeraları haqda müzakirələr aparılıb.
Mediasport.az xəbər verir ki, "Super Sport FM" portalı hazırda "Sumqayıt"da çıxış edən Kazimir Ninqadan da danışıb:
"Kazimir Ninqa 2022-ci ilin yayında "Anortosis"dən ayrılan başqa oyunçudur. Liqa 1-dən gələn 30 yaşlı hücumçuya böyük ümidlər var idi. Lakin o, gözləntiləri qarşılaya bilmədi və bir ildən sonra ayrıldı.
İndi Ninqa işlərinin yaxşı getmədiyi Azərbaycanda oynayır. Ölkə çempionatında o, komandasının heyətində 12 oyun keçirib, bir qol da vurmayıb".
30 yaşlı futbolçunun "Sumqayıt"la müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
Rövşən