Ülvi İsgəndərovla Atanqananın "Qəbələ"dəki taleyi aydınlaşdı
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" daha iki futbolçusu ilə bağlı qərar verib.
Klubdan mediasport.az saytına verilən məlumata görə, Ülvi İsgəndərov və Kristof Atanqana ilə başa çatan müqavilələr yenilənib.
Hər iki futbolçu 2025-ci ilin yayına qədər "qırmızı-qara" formanı geyinəcək.
İsgəndərov şimal klubunun heyətində ümumilikdə 114 oyun keçirib, 19 qol vurub. Əsasən ehtiyat qapıçı kimi istifadə edilən Atanqana isə “Qəbələ”də 15 görüş keçirib.
Qeyd edək ki, Elmar Baxşıyevin komandası bunadək İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla yeni müqavilə bağlayıb.