"Qarabağ", "Sabah" və "Neftçi" geriləyib - Yeni dünya reytinqi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, 402 komandanın yer aldığı siyahıda Azərbaycanın 3 təmsilçisi var.
Son sıralamada 70-ci yerdə qərarlaşmış “Qarabağ” (131,5 xal) 14 pillə geriləyərək 84-cü olub.
"Neftçi" 340-cı sıradan 378-ə, "Sabah" isə 342-ci pillədən 391-ci yerə düşüb.
Dünya reytinqinə İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” başçılıq edir - 314 xal.
İspaniya klubu “Real” (Madrid) 308 xalla ikinci, İtaliyanın "İnter" komandası 264 xalla üçüncüdür.