Müstəqil Azərbaycanın futbol tarixində ilk! Ağayev ÇL-in qrupunda
Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
mediasport.az xəbər verir ki, 35 yaşlı hakim Danimarkada "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçiriləcək 6-cı tur qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardım edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Bakı vaxtilə saat 00:00-da start götürəcək görüş noyabrın 2-də, Kopenhagendəki "Parken" stadionunda başlanacaq.
Bu, müstəqil Azərbaycanın futbol tarixində bir ilkdir. Sovetlər Birliyi zamanı dünyaşöhrətli hakim Tofiq Bəhramov ovaxtkı adıyla Avropa Çempionlar Kubokunda oyun idarə edib.