Uruqvay millisi tarixində ilk dəfə Dünya Kubokunu qazandı - DÇ-2023
Argentinada keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatı başa çatıb.
mediasport.az xəbər verir ki, mundialın həlledici görüşündə İtaliya və Uruqvay futbolçuları qarşılaşıblar.
Kuboku cənubi amerikalılar qazanıblar. Yeganə qolu matçın sonuna 4 dəqiqə qalmış Lusiano Rodriges vurub. Beləliklə, bunadək 2 dəfə final oynamış Uruqvay yığması tarixində ilk dəfə dünya çempionu olub.
DÇ-nin bürünc medalına isə İsrail millisi sahib çıxıb. İsrail futbolçuları 3-cülük oyununda Cənubi Koreya yığmasından üstün olublar - 3:1.