Bukmeyker kontorları "Qətər-2022"nin əsas favoritini SEÇDİLƏR
Gələn ay Qətərdə start götürəcək Dünya çempionatının favoriti açıqlanıb.
mediasport.az xəbər verir ki, bukmeyker kontorları üstünlüyü birmənalı şəkildə Braziliya millisinə verir.
"Sambaçılar"ın çempionluq imkanları çox yüksək qiymətləndirildiyi üçün əmsal aşağı verilib. Titenin baş məşqçi olduğu cənubi amerikalıların şansları son dünya çempionu Fransadan 2 dəfə çox dəyərləndirilir.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.