"Ustad dərsi" başa çatdı
Paris-2024 Yay Olimpiya Oyunlarının finalçıları, dünya çempionatının bürünc, Avropa çempionatının qızıl medalçıları olan qrup hərəkətləri üzrə Azərbaycan millisinin üzvləri tərəfindən Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə "ustad dərsi" başa çatıb.
Mediasport.az xəbər verir ki, dərs müddətində azyaşlı gimnastlara hərəkətlərin ardıcıl icrası, dözümlülük və balansın düzgün tətbiqi, alətlərin idarəolunması, özünəinamlı çıxışın sirləri haqda nəzəri və praktiki biliklər öyrədilib.
Milli üzvləri sonda iştirakçılara avtoqraf veriblər.