Türkiyə evdə Uelsə qarşı, macarlar səfərdə Niderlandla üz-üzə gələcək
Futbol üzrə UEFA Millətlər Liqasında 5-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 9 qarşılaşma baş tutacaq.
Azərbaycan yığması Qəbələdə Estoniya ilə üz-üzə gələcək.
Türkiyə doğma azarkeşlər önündə Uelslə qarşılaşacaq.
"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun millisi Monteneqro İslandiyanı qəbul edəcək.
"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avramlı Moldova səfərdə Andorranın qonağı olacaq.
Gürcüstan Ukraynanı, Niderland Macarıstanı sınağa çəkəcək.
UEFA Millətlər Liqası. 5-ci tur
A Liqası. 3-cü qrup
23:45 Niderland - Macarıstan
23:45 Almaniya - Bosniya və Herseqovina
Xal durumu: Almaniya - 10, Niderland - 5, Macarıstan - 5, Bosniya və Herseqovina - 1
B Liqası. 1-ci qrup
21:00 Gürcüstan - Ukrayna
23:45 Albaniya - Çexiya
Xal durumu: Çexiya - 7, Gürcüstan - 6, Albaniya - 6, Ukrayna - 4
B Liqası. 4-cü qrup
21:00 Türkiyə - Uels
21:00 Monteneqro - İslandiya
Xal durumu: Türkiyə - 10, Uels - 8, İslandiya - 4, Monteneqro - 0
C Liqası. 1-ci qrup
18:00 Azərbaycan - Estoniya
23:45 İsveç - Slovakiya
Xal durumu: İsveç - 10, Slovakiya - 10, Estoniya - 3, Azərbaycan - 0
D Liqası. 2-ci qrup
21:00 Andorra - Moldova
Xal durumu: Moldova - 6, Malta - 6, Andorra - 0