Şahmatçılarımızdan Avropa çempionatında 4 qızıl medal!
Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatı başa çatıb.
Mediasport.az xəbər verir ki, Azərbaycanın zəka sahibləri qitə birinciliyində uğurlu nəticələrlə yadda qalıblar.
Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12) və Rüstəm Rüstəmov (U-14) bütün rəqiblərini qabaqlayaraq Avropa çemionatının qızıl medallarını qazanıblar.
18 yaşlılar arasında Ayan Allahverdiyeva və Xəzər Babazadə yarışı gümüş medalla bitirib.
12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli "bürünc"lə Avropa üçüncüsü olub.
Ümumilikdə, Azərbaycan şahmatçıları 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 7 medal əldə ediblər.
AÇ-də 47 ölkədən 928 şahmatçı yarışıb.