Vüsal İsgəndərli İrəvana yollandı
Albaniyanın "Eqnatiya" klubunda çıxış edən hücumçu Vüsal İsgəndərli Ermənistanın "Ararat-Armenia" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün komandası ilə birlikdə İrəvana yollanıb.
MediaSport.az xəbər verir ki, 28 yaşlı forvard bununla bağlı paylaşım edib.
Millmizin üzvü hazırda Ermənistanın paytaxtı İrəvandadır. "Ararat" - "Eqnatiya" matçı sabah Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.