Həvəskar idmançı Qubada paraşütdən yıxılaraq həyatını itirdi

Həvəskar idmançı Qubada paraşütdən yıxılaraq həyatını itirdi

Quba rayaonunda paraşütlə uçan şəxs faciəvi şəkildə həlak olub.

Mediasport.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

O, sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan həyatını itirib.

Bakı şəhərində həkim işləyən Ş.Mehdiyev həvəskar paraşütçü imiş, "skydive”, yamac paraşütü (paraplan) ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.