Azərbaycan Premyer Liqası klubunun yeni transferi Bakıdadır

 Azərbaycan Premyer Liqası klubunun yeni transferi Bakıdadır

“Səbail” qış fasiləsində heyətinə yeni futbolçu qatıb.

Mediasport.az xəbər verir ki, Bayıl təmsilçisi hücum xəttini Ayub Timbe ilə gücləndirib.

Son klubu Çində "Nanjinq Siti" olan forvard müqavilə bağlamaq üçün Bakıya gəlib.

Azad agent statusu daşıyan 32 yaşlı keniyalı ilə 1.5 illik müqavilənin bağlanması planlaşdırılır.

2012-ci ildən ölkəsinin milli komandasında çıxış edən vinger “Genk”, “Lyers”, "Ridinq", "Vissel Kobe" və “Buriram Yunayted” klublarında forma geyinib.

O, Keniya yığmasının heyətində 24 oyuna 4 qol vurub.