“Xarı Bülbül Şuşa” avrokuboklarda mübarizəyə başlayır
Sabah kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu avrokubokda mübarizəyə başlayacaq.
Mediasport.az xəbər verir ki, ölkəmizi Çelenc kubokunda təmsil edəcək komanda mübarizəyə 1/32 final mərhələsində start verəcək.
Təmsilçimizin rəqibi Slovakiyanın “Spartak Miyava" komandası olacaq.
Tərəflərin qarşılıqlı razılığına əsasən, hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 25-dəki qarşılaşmada təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.
Hər iki matç GİN-in Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlanacaq.
Hər iki oyun "CBC Sport" televiziya kanalı vasitəsilə yayımlanacaq. Sabah baş tutacaq ilk duel "CBC Sport"un "Youtube" kanalı, oktyabrın 26-dakı görüş isə televiziya vasitəsilə canlı yayımlanacaq.