Xəlilovdan növbəti qızıl medal

Xəlilovdan növbəti qızıl medal

Bir neçə gün öncə Niderlandda keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə yadda qalan parataekvondo millimizin üzvü İmaməddin Xəlilov Cənubi Koreyanın Çunçeon şəhərində təşkil olunan dünya açıq taekvondo turnirində də medal qazanıb.

mediasport.az xəbər verir ki, K-44 kateqoriyası üzrə 70 kq çəkidə yarışan təmsilçimiz bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb.

Xəlilov Rotterdam şəhərində Avropa çempionu olmuşdu.