Türkiyə açıq çempionatı: Milli komandamızdan uğurlu start
Taekvondo üzrə Türkiyə açıq çempionatı açıq elan edilib.
Mediasport.az xəbər verir ki, turnirin ilk günündə yeniyetmələrdən ibarət Azərbaycan millisi 1 qızıl, 1 bürünc medal qazanıb.
Məryəm Cəfərova (152 sm) 6 rəqibini üstələyib və birinci olub.
Gülay Əliyeva (160 sm) yarımfinala qədər 4 mərhələ adlayıb, nəticədə, üçüncü olub.
Xatırladaq ki, bu gün yeniyetmə oğlanlar mübarizə aparacaqlar.