"Neftçi"nin MŞ üzvü: "Rəhbərliyə namizədlərin adları təqdim olunub"
"Azarkeşlərin məyusluğunu başa düşürük. Futbolda bu cür hallar olur. Yeni baş məşqçilərlə bağlı rəhbərliyə müvafiq namizədlərin adları təqdim olunub"
Mediasport.az xəbər verir ki, bunu "Neftçi"nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev deyib.
Klub rəsmisi baş məşqçi postundan istefa verən Roman Qriqorçukun gedişi barədə danışıb:
"Neftçi" bu cür uğursuzluğa düçar olan ilk komanda deyil. Məncə, klub rəhbərliyi əlindən gələni edir. Mövsümün əvvəlində işlərə çox həvəslə başladıq. Yəqin ki, bütün futbol ictimaiyyəti bunun şahidi oldu. Roman Qriqorçuk kifayət qədər peşəkar məşqçi idi.
Təəssüf ki, onun gördüyü işlərdən sonra uğur qazanılmadı. Yeni baş məşqçinin yerli və yaxud əcnəbi olacağını indidən söyləmək mümkün deyil. Bununla bağlı müəyyən müzakirələr aparırırq. Yeni baş məşqçilərlə bağlı rəhbərliyə müvafiq namizədlərin adları təqdim olunub".
Xatırladaq ki, paytaxt təmsilçisi 9 turdan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb və 10 komanda arasında qələbə qazanmayan yeganə kollektivdir.