"Sabah"la oyunda geridönüş vacib idi" - "Kəpəz"li azarkeşlərə səslənib

"Sabah"la oyunda geridönüş vacib idi" - "Kəpəz"li azarkeşlərə səslənib

"Kəpəz"in müdafiəçisi Elçin Əlicanov klubun mətbuat xidmətinə açıqlama verib.

Mediasport.az xəbər verir ki, 24 yaşlı futbolçu əvvəlcə Azərbaycan Premyer Liqasının 7-ci "Sabah"la matçı (2:2) barədə danışıb.

O, paytaxta xal dalınca gəldiklərini deyib: "Sabah"la oyunda geridönüş vacib idi. Bakıya xal üçün getmişdik və buna nail olduq. Məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq, xal qazandıq. Haqqımda olan müsbət fikirləri dəyərləndirirəm və gələcəkdə inşallah, daha yaxşı olar. Qarşıdan "Qəbələ" ilə görüş gəlir. Bu matça da xal üçün çıxacağıq".

Əlicanov ardınca "Kəpəz" azarkeşlərinə müraciət edib: "Azarkeşlərimiz sağ olsunlar, məkanın fərqi olmadan yanımıza gəlirlər. İstəyərəm ki, həmişəz bizim yanımızda olsunlar. Uğurumuzda-kədərimizdə bizimlə olub kömək etmələrini istəyirəm".

Oktyabrın 1-də keçiriləcək "Kəpəz" - "Qəbələ" oyunu saat 16:00-da başlanacaq.