Ramil Şeydayevdən narazılıq çoxalır: "Azarkeşlərin səbri tükənir"
Türkiyənin 1-ci Liqa klubu "Kocaelispor" azarkeşlərinin qışda komandaya transfer edilən hücumçulardan narazılığı artır.
Mediasport.az xəbər verir ki, bu barədə yerli "Demokrat Kocaeli" portalı məlumat yayıb.
Qeyd olunub ki, qış transfer dönəmində cəlb edilən gürcü forvard David Sxirtladze ilə Ramil Şeydayevin komandaya faydası dəyməyib.
Yazıda Azərbaycan millisinin hücumçusunun sonuncu dəfə 7 ay əvvəl - Taylandda oynayarkən "Buriram Yunayted"in heyətində qol vurması diqqətə çatdırılıb:
“Sxirtladze sonuncu dəfə dekabrda qol vurub. Ramil Şeydayev isə...Onların hər ikisi "Kocaelipsor"da hələ nəinki qol vurub, heç məhsuldar ötürmə də etməyiblər. vura bilməyib, heç assist edə bilməyib. Azarkeşlərin səbri artıq tükənir”.
Qeyd edək ki, 28 yaşlı Şeydayev yanvarda Kocaeli təmsilçisi ilə ilyarımlıq müqavilə bağlayıb.
Yeni klubunda cəmi 3 matçda forma geyinmiş Ramil ümumilikdə meydanda 90 dəqiqə olmayıb.