Babayev AÇ-də finala çıxdı

Babayev AÇ-də finala çıxdı

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa Çempionatında finala yüksəlib.

mediasport.az xəbər verir ki, idmançımız üçtəkanla tullanma növündə 16,45 metr nəticə göstərib.

Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb. Yarışda Azərbaycanın digər atleti Yekaterina Sariyeva da qüvvəsini sınayır.