Daha bir idmançımız Parisdəki Dünya çempionatına vəsiqə qazandı

Daha bir idmançımız Parisdəki Dünya çempionatına vəsiqə qazandı

Atletika üzrə paralimpiya milli komandamızın üzvü Orxan Aslanov İtaliyanın Yesolo şəhərində keçirilən Qran-Pri yarışında uğurlu çıxış edib.

mediasport.az xəbər verir ki, paralimpiya çempionumuz uzunluğa tullanma növündə 6.19 m nəticə göstərərək gümüş medal qazanıb.

Aslanov bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Parisdə keçiriləcək atletika üzrə Dünya çempionatına lisenziya əldə edib.