AAF-nin məşqçisinin hesabatı İCECP-də yüksək qiymətləndirilib
Azərbaycan Atletika Federasiyasının məşqçisi Hakim İbrahimov İCECP-in (International Coaching Enrichment Certification Program) məşqçiliyin zəngiləşdirilməsi üçün beynəlxalq sertifikasiya proqramına qatılıb.
Mediasport.az xəbər verir ki, təmsilçimiz kursda ilk azərbaycanlı olaraq ən yüksək nəticəni göstərib.
Müdafiədə dünyanın 35-dən çox məşqçisi, Beynəlxalq Olimpiya Komitəsinin (International Olympic Committee) prezidenti Tomas Bax və digər nümayəndələr, İCECP və Delaver universitetinin rəhbərliyi iştirak edib.
Müdafiə zamanı 13 ay davam etmiş kursa Hakim İbrahimov tərəfindən təqdim edilmiş və ölkəmizdə 6 ay ərzində tətbiq edilmiş layihənin hesabatı verilib.
Hesabatı yüksək qiymətləndirilən mütəxəssisə İCECP və Delaver universiteti tərəfindən diplomlar təqdim olunub.