Bakıda Avropa çempionatının təsnifat turnirinin açılış mərasimi keçirildi

Bakıda Avropa çempionatının təsnifat turnirinin açılış mərasimi keçirildi

Bakıda kişi həndbolçular arasında 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinin açılış mərasimi keçirilib.

mediasport.az xəbər verir ki, tədbir Bakı İdman Sarayında baş tutub.

Milli musiqi sədaları altında müxtəlif rəqslər, maraqlı kompozisiyalar nümayiş olunub.

Açılış mərasimindən əvvəl Böyük Britaniya və Kipr yığmaları üz-üzə gəliblər. Görüş 25:25 hesablı heç-heçə ilə yekunlaşıb. Saat 17:00-da isə Azərbaycan millisi meydana çıxıb. Bu dəqiqələrdə başlanan görüşdə yığmamızın rəqibi Malta həndbolçularıdır.