Azərbaycan çempionatı: "Kür" liderliyini Mingəçevirdə qorudu
Kişi həndbolçular arasında Azərbaycan çempionatının 16-cı turu çərçivəsində 1 görüş keçirilib.
Mediasport.az xəbər verir ki, çempionatın lideri “Kür” ən yaxın izləyicisi “Azəryol”la qarşılaşıb.
Mingəçevirdə keçirilən oyun meydan sahiblərinin 34:27 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə ilə xal sayını 24-ə yüksəldən “Kür” zirvədəki mövqeyini qoruyub.
“Azəryol” və “Bakı”nın hərəyə 20 xalı var.
“Qarabağ” 16 xalla 4-cüdür.
“Təhsil” 6, “Dinamo” ilə “İdman Akademiyası” hərəyə 3 xalla sonrakı pillələrdə qərarlaşıb.