Yığmamız Avropa çempionatında Fransa millisi ilə qarşılaşacaq
Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət millisinin Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsindəki rəqibləri bəlli olub.
Mediasport.az xəbər verir ki, 9-cu qrupda yer alan U-17 Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.
Birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.