Azərbaycan Basketbol Liqasında ilin son 2 oyunu bu gün keçiriləcək

 Azərbaycan Basketbol Liqasında ilin son 2 oyunu bu gün keçiriləcək

Azərbaycan Basketbol Liqasında 8-ci turun görüşləri davam edir.

Mediasport.az xəbər verir ki, bu gün ilin son iki qarşılaşması baş tutacaq.

B qrupunda “Gəncə” “Ordu” ilə, “Sumqayıt” “Şəki” ilə üz-üzə gələcək.

Turun əvvəlki görüşlərində A qrupunda "Neftçi" NTD-dən (81:68), "Sərhədçi" "Naxçıvan"dan (86:65), "Sabah" "Abşeron"dan (94:71) üstün olub.

B qrupunda isə "Lənkəran" "Quba"ya (60:89) uduzub.