Millimizin futbolçusu Niderlandda növbəti qələbəsini qazandı

Millimizin futbolçusu Niderlandda növbəti qələbəsini qazandı

Niderland Birinci Liqasında 4-cü turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi “Eyndhoven” səfərdə “Telstar”ı məğlub edib - 1:0.

Futbolçumuz 67 dəqiqə meydanda olub. Eyndhoven təmsilçisi 4 turdan sonra 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.