Aleksey İsayev Azərbaycan millisinin heyətindən çıxarılıb

 Aleksey İsayev Azərbaycan millisinin heyətindən çıxarılıb

İlk dəfə Bakıda keçiriləcək “FİFA series - Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Mediasport.az xəbər verir ki, "Qarabağ"dan yığmaya cəlb olunan Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Millimiz martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq.

Hər iki oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.