Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

İyulda Fransanın paytaxtı Parisdə start götürəcək Yay Olimpiya Oyunlarının məşəli Afinanın qədim Olimpində alovlandırılıb.

Mediasport.az xəbər verir ki, tədbir Yunanıstan prezidenti Katerina Sakellaropulu, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, Yunanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Spiros Kapralos və digər rəsmi şəxslərin iştirakı ilə baş tutub.

Antik tunika və sandal geyinmiş, baş kahin rolunu ifa edən yunan aktrisa Meri Mina əlverişsiz hava şəraiti səbəbindən qədim Yunanıstanın Hera məbədinin qurbangahındakı parabolik güzgüdən istifadə edərək günəş şüası vasitəsilə məşəli alovlandıra bilməyib. Buna görə də məşəl bazar ertəsi günü mərasimin əsas məşqi zamanı alınan oddan alovlandırılıb.

Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) avarçəkmə üzrə Olimpiya çempionu Stefanos Duskosun Yunanıstanın ilk Olimpiya məşəlçisi olacağını və bunun ardınca ölkədə 11 günlük Olimpiya məşəli estafetinin başlayacağını açıqlayıb.

Aprelin 26-da Olimpiya məşəli Afinaya qayıdacaq və burada Paris Olimpiadasının təşkilatçılarına təhvil veriləcək.

Fransa ərazisindən keçən məşəl estafeti 68 gün davam edəcək və iyulun 26-da Oyunların açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə başa çatacaq.

4-illiyin zirvə yarışı avqustun 11-dək keçiriləcək.