Azərbaycan gimnastı Olimpiya Oyunlarında 10-cu yeri tutub
Paris-2024 Yay Olimpiya Oyunlarında batut gimnastikası üzrə yarışlara start verilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan qadınların mübarizəsində təsnifat mərhələsində təmsil olunub.
Selcan Mahsudovanın ilk çıxışı 42,950 xalla qiymətləndirilib.
İdmançımız ikinci cəhdində daha yaxşı nəticə göstərib - 53,750 bal.
Lakin Mahsudova 16 idmançının qatıldığı təsnifatda 10-cu yeri tutduğu üçün final mərhələsinə yüksələn "8-liy"ə düşə bilməyib.