Azərbaycan güləşçisi Yay Olimpiya Oyunlarının yarımfinalında!
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yarışan idmançımız 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Şəriəti yarımfinala vəsiqə əldə edib.
Təmsilçimiz finalda gedən yolda kubalı Mixain Lopes Nuneslə qarşılaşacaq.
Görüş bu gün saat 23:00-da başlanacaq.