Paris-2024: Azərbaycanın 6 təmsilçisi mübarizəyə qoşulacaq

Paris-2024: Azərbaycanın 6 təmsilçisi mübarizəyə qoşulacaq

Bu gün Azərbaycanın altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Mediasport.az xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışacaq - 10:30.

Legionerimiz N qrupunun II matçında britaniyalı Kirsti Gilmurla qarşılaşacaq.

Cüdo üzrə milli komandamızın lideri Hidayət Heydərov (73 kq) Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə görüşəcək - 12:30.

Qılıncoynatma yarışlarında təmsilçimiz Anna Başta 1/16 finalda Hon Yu Yanla (Çin) üz-üzə gələcək - 12:50.

Boksçuların mübarizəsində Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafakla (Almaniya) qüvvəsini sınayacaq - 14:52.

Kişilərin badminton yarışında təmsilçimiz Edi Reski Dviçayo E qrupunun ilk duelində Avstriya idmançısı Kollins Filimonla münasibətlərini aydınlaşdıracaq - 22:22.

Günə boksçumuz Malik Həsənovun çıxışı ilə yekun vurulacaq. 63,5 kq çəkidə yarışacaq idmançımız gürcüstanlı Laşa Quruli ilə 1/8 finalda döyüşəcək - 22:48.

Yarışların başlanma saatları Bakı vaxtilə göstərilib.

Xatırladaq ki, Azərbaycanın 48 idmançı ilə təmsil olunduğu Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.