Azərbaycan güləşçisi Olimpiya Oyunlarına qələbə ilə start verdi

Azərbaycan güləşçisi Olimpiya Oyunlarına qələbə ilə start verdi

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.

Mediasport.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda Monqolustan təmsilçisi Bat Erden Byambasureni rahatlıqla məğlub edib - 11:2.

Nurmaqomedov 1/4 finalda San Marino güləşçisi Maylz Aminlə qarşılaşacaq.