Olimpiya çempionunu Bakıda keçirilən yarışa buraxmadılar

Olimpiya çempionunu Bakıda keçirilən yarışa buraxmadılar

Rusiyanın sərbəst güləş üzrə 2-qat olimpiya çempionu Abdülraşid Sadulayev sabah Bakıda start götürəcək Avropa Olimpiya Təsnifat turnirinə buraxılmayıb.

Mediasport.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 4-qat dünya çempionu Beynəlxalq Olimpiya Komitəsinin (İOC) qərarı ilə yarışda iştirak etməyəcək.

Qurum yekun yoxlamalardan sonra bu qərarı verib.

Sadulayevi digər rusiyalı Əlixan Cəbrayılov əvəzləyəcək.