İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, iclasda uşaq liqalarında yarışan iki komandaya texniki məğlubiyyət verilməsinə dair qərar çıxarılıb.
U-12 Liqasında "Kürdəmir " – "Çərəkə" (Göyçay) oyunu meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmadığına görə birincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasında "Karvan" (Yevlax) və "Antiguoko İnternational" komandalarının oyununda isə Yevlax təmsilçisi təyin edilən vaxtda meydanda çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.