Sergey Yuran Sadıqovu tənqid etdi: "O, özünü futbolun ən yaxşısı hesab edir"

Sergey Yuran Sadıqovu tənqid etdi: "O, özünü futbolun ən yaxşısı hesab edir"

Tarixə qovuşmuş "Simurq"un sabiq baş məşqçisi Sergey Yuran Rusiyanın "Ximki" klubunun səhmdarı Tufan Sadıqovu tənqid edib.

mediasport.az xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sport-Express" nəşrinə müsahibəsində azərbaycanlı iş adamını məşqçilər heyətinin işinə müdaxilə etməkdə günahlandırıb.

Mütəxəssis deyib ki, Sadıqovla futbol məsələlərində dil tapmaq çox çətindir: "O, özünü futbolun ən yaxşısı hesab edir. Amma hansı oyunçuların lazım olub-olmadığına baş məşqçi deyil, investor qərar verməyə başlayırsa, bu, sizi uğursuzluğa aparan yoldur".

Yuran Zaqatala klubuna 2011/2012-ci illər mövsümündə rəhbərlik edib.