“Neftçi” Futbol Mərkəzində inzibati binanın əsaslı təmirinə başlanılıb

“Neftçi” Futbol Mərkəzində inzibati binanın əsaslı təmirinə başlanılıb

“Neftçi” klubunun Bakıxanov qəsəbəsində yerləşən Futbol Mərkəzində inzibati binanın əsaslı təmir-bərpa işləri başlanıb.

Mediasport.az saytına bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Binanın birinci mərtəbəsində fitnes, fizioterapiya, massaj, paltardəyişmə, videoanaliz üçün otaqlarda, eləcə də yeməkxana və hamam otağında tikinti işləri aparılır.