"Turan Tovuz"da 2 müqavilə - RƏSMİ

"Turan Tovuz"da 2 müqavilə - RƏSMİ

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz” transfer çalışmalarını sürətləndirib.

Klubdan mediasport.az saytına verilən məlumata görə, Ayxan Abbasovun komandası müqavilələri başa çatmış 2 futbolçu ilə əməkdaşlığı daha 1 il müddətinə uzadıb.

Tovuzda ötən yaydan çıxış edən Sadiq 2023/2024-cü illər mövsümünün sonunadək qərblilərin formasını geyinəcək. O, daha əvvəl Nepalın "Maçindra" komandası, həmçinin "Qəbələ" və "Zirə"də çıxış edib.

Qərb təmsilçisi digər bir müdafiəçi Tərlan Quliyevlə də 1 illik yeni müqavilə bağlayıb.