"Zəfər kuboku"ndan daha 7 medal
Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə güləşçilər arasında "Zəfər kuboku" davam edir.
Mediasport.az xəbər verir ki, 350-yə yaxın idmançının qatıldığı ənənəvi yarışın ikinci günündə güləşçilərimiz 7 medal qazanıblar.
Sərbəst güləşdə Ruslan Əlizadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) çempion olub, Səid Paşayev (92 kq) gümüş medal əldə edib.
Yunan-Roma güləşində Əmrah Əmrahov (48 kq) ikinci, Əli Nəzərov (55 kq) üçüncü yeri tutub.
Qadın güləşində isə Nəzrin Əhmədli (43 kq) ilə Esra Məmmədli (49 kq) bürünc medala sahib çıxıb.
Beləliklə, güləşçilərimiz ikinci yarış günündə də ilk gündə olduğu kimi 2 qızıl, 2 gümüş, və 3 bürünc medala yiyələniblər.