Azərbaycan güləşçiləri dünya reytinqinin zirvəsini "fəth" etdilər

Azərbaycan güləşçiləri dünya reytinqinin zirvəsini "fəth" etdilər

Dünya Güləş Birliyi (UWW) 2022-ci ilin yunan-Roma güləşi üzrə yekun reytinq siyahısını açıqlayıb.

mediasport.az xəbər verir ki, Azərbaycan millisinin 10 üzvü ili ilk “3-lük”də başa vurub.

Eldəniz Əzizli (55 kq) 55000, Taleh Məmmədov (63 kq) 55200, Həsrət Cəfərov (67 kq) 50500 və Ülvü Qənizadə (72 kq) 58380 xalla öz çəkilərində reytinqi 1-ci yerdə tamamlayıblar. Rafiq Hüseynov (82 kq) 45200 xalla 2-ci, Murad Məmmədov (60 kq) 42500 xalla və Arif Niftullayev (97 kq) 44620 xalla 3-cü olub.

10 çəkidən dördündə güləşçilərimiz reytinqin 1-cisi olub. Bu mənada ən yaxşı göstərici Azərbaycana məxsusdur. Türkiyənin 3, Qırğızıstan, Serbiya və Bolqarıstanın isə 1 idmançısı reytinqi zirvədə başa vurub.

UWW reytinqdə ilk pilləni tutanlara 5000, ikinci yeri tutanlara 3000, reytinqi 3-cü pillədə başa vuranlara isə 2000 dollar pul mükafatı təqdim edəcək.