Nigar DÇ-də yarımfinala çıxdı, Gültəkinlə Şəhanə medalsız qaldı

Nigar DÇ-də yarımfinala çıxdı, Gültəkinlə Şəhanə medalsız qaldı

Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 Dünya çempionatında yarımfinala yüksəlib.

mediasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançımız əvvəlcə Nerea Blanko (İspaniya), ardından Dariqa Abenə (Qazaxıstan) qalib gələrək medala bir qədər də yaxınlaşıb.

Qadın təmsilçilərimizdən 53 kq çəkidə mübarizə aparan Gültəkin Şirinova ilə 50 kq-da yarışan Şəhanə Nəzərova isə ümidləri doğrulda bilməyibər.

Yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.