Zəhrabəyova Almaniyanın açıq çempionatında uğurlu çıxış etdi
Azərbaycan yığmasının üzvü Aqata Zəhrabəyova sentyabrın 1-3-də keçirilən atçılıq idmanının dresaj növü üzrə Almaniyanın açıq çempionatında uğurlu çıxış edib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Mediasport"a verilən məlumata görə, o, 25 idmançının iştirakı ilə baş tutan həlledici mərhələdə 3-cü yeri tutub.
Qeyd edək ki, Aqata Zəhrabəyova mütəmadi olaraq Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışlarına qatılır və ölkəmizi Avropanın ən mötəbər turnirlərində təmsil edir.