"Prezident Kuboku"na yekun vurulub, "Polad" çempion olub
Çövkən milli atüstü oyunu üzrə "Prezident Kuboku"na yekun vurulub.
Mediasport.az xəbər verir ki, "Sərhədçi-Dilbaz" bürünc medal görüşündə "Omar"a əlavə vaxtda 2:1 hesabı ilə qalib gəlib.
Finalda isə "Polad" "Sərhədçi-Qarabağ"ı 4:1 hesabı ilə məğlub edib və birinci olub.
Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev mükafatlandırma mərasimində iştirak ediblər.
Hakimlər briqadası isə fəxri diplomlarla təltif edilib.
Xatırladaq ki, yarışda 8 komanda mübarizə aparıb.