Aydın Əlibəyov Rusiyada keçirilən yarışda 2 qızıl medal qazanıb

 Aydın Əlibəyov Rusiyada keçirilən yarışda 2 qızıl medal qazanıb

Rusiyada atçılığın dresaj növü üzrə "Maksima Masters" çempionatı start götürüb.

Mediasport.az xəbər verir ki, cavan atlar (5-7 yaş) və böyük əsas atlar ("Qızıl Tur") arasında keçirilən yarışa təmsilçimiz Aydın Əlibəyov 3 atla qatılıb.

4 gün davam edəcək yarışda Əlibəyov artıq cavan atlar arasında keçirilən mübarizədə 2 "qızıl" qazanıb.