ƏLA XƏBƏR - Azərbaycan klubuna "Azərlotereya" sponsorluq edəcək

ƏLA XƏBƏR - Azərbaycan klubuna "Azərlotereya" sponsorluq edəcək

Senytabrın 13-də 1-ci Liqada yeni mövsüm start götürəcək.

Mediasport.az xəbər verir ki, "Futbol+" qəzetinə liqa təmsilçisi "Mingəçevir"lə bağlı maraqlı informasiya daxil olub.

Məlumata əsasən, "nur şəhəri" özünə yeni sponsor tapıb. Mingəçevir klubu “Azərlotereya” ilə əməkdaşlığa başlayıb. Tərəflər arasında 1 illik sponsorluq müqaviləsinin imzalandığı deyilir.

Şirkətin reklamları klubun formasının üzərində, stadionun lövhələrində və “Mingəçevir”in sosial şəbəkə hesablarında nümayiş olunacaq.

Məsələ ilə bağlı klubun mətbuat katibi Elnur Qasımov açıqlamasında bunları deyib:

“Bəli. İnformasiyanız doğrudur. “Azerlotereya” ilə əməkdaşlığa başlayırıq. Şirkətlə bir il əməkdaşlıq edəcəyik. Lakin məxfiliyi qorumaq üçün müqavilənin başqa detalları ilə bağlı məlumat verə bilməyəcəm”.